Yetkinlik yaşına çatmayan 1 nəfər zorlamaya, 12 nəfər adam öldürdüyünə görə həbs olunub

30 İyul 2017 16:05 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsində istinadən xəbər verir ki, ötən il ittiham aktı ilə məhkəmələrə göndərilən işlər üzrə təqsirlənidirlənlərin sayı 402 nəfər olubTəqsirləndirilən şəxslərdən 297 nəfəri yetkinlik yaşına çatmayan şəxslərdir. Onlardan 12 nəfəri qəsdən adam öldürmə, 25 nəfəri qəsdən sağlamlığa ağır zərər vurma ilə ittiham olunub.

Həmçinin qeyd edilib ki, yetkinlik yaşına çatmayanlardan 1 nəfəri zorlamaya görə həbs edilib.

Bundan başqa, onlardan 181 nəfəri oğurluq, 7 nəfəri soyğunçuluq, 6 nəfəri quldurluq, 1 nəfəri narkotik vasitələrlə bağlı cinayətlər törədib.

Bildirilib ki, hesabat dövründə 15 nəfər yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə xuliqanlıq, 49 digər cinayətlər törədilib.