Bakıda 23 yaşlı qız sənədini və paltarlarını götürüb evdən qaçdı

30 İyul 2017 16:51 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Zeytun küçəsində yaşayan Nəzakət Əliyeva (adlar şərtidir) müraciətində bildirib ki, 4 gün əvvəl qızı Əliyeva Nərmin Əlimusa qızı şəxsiyyət vəsiqəsini və paltarlarını götürərək evdən qaçıb.

Şikayətçi qadın qızının yerinin müəyyən edilərək tapılması üçün polisdən kömək istəyib.

Araşdırma aparılır.