Sumqayıtda dəhşətli hadisə: özünü binadan atdı

30 İyul 2017 17:06 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ev 29/4 ünvnında qeydə alınıb. Belə ki, şəhər sakini Xaqani Kazımov özünü 5-ci mərtəbənin eyvanından ataraq intihar edib. Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib. X. Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir. İntihar zamanı o evdə tək olub.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır