“Neftçi” paraqvaylı futbolçunu transfer edib

30 İyul 2017 17:40 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlanıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir.

Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Derlis daha əvvəl ölkəmizdə “İnter” və “Qəbələ”də də çıxış edib.