Xəzərdə daha bir nəfər batıb

30 İyul 2017 21:03 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.