Samir 46 dəqiqə oynadı - Arustamyanla əvəzləndi

30 İyul 2017 21:46 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun klubu “Fakel” “Sibir”in qonağı olub və ağır məğlubiyyətə uğrayıb – 0:4.

S.Məsimov əsas heyətdə meydana çıxsa da, fasilədən dərhal sonra - 46-cı dəqiqədə əvəzlənib. Onun yerinə erməni futbolçu Arustamyan meydana daxil olub.

Qeyd edək ki, 5 turdan sonra “Fakel” 12-ci yeri tutur.