ANS-in keçmiş aparıcısı qəzaya düşdü - Foto

31 İyul 2017 09:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan aparıcının maşınını arxadan gələn avtomobil vurub.

Bu barədə jurnalist sosial şəbəkə profilində məlumat bildirib:

"Mərdimazarı axtarmaqla deyil, özü gəlib bir şəkildə tapır səni. Saatda 30 kilometr sürətlə hərəkət edərkən arxadan 120 kilometr sürətlə "uçan" nəşəli bir qarabala bu paylaşımı görən, eşidən nə qədər sayda "qələm sahibi"ni xoşbəxt elədiyinin fərqində deyil...Buyurun, sevinin, "Əcəb oldu", deyin".