2 avtomobil piyadanın üzərindən keçib - Aeroport yolunda

31 İyul 2017 09:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, aeroport yolunda təxminən 50 yaşlı kişini "Mercedes" markalı maşın vuraraq üzərindən keçib. Onun arxası ilə hərəkətdə olan digər nəqliyyat vasitəsi də piyadanın üstündən keçib.

Kişi hadisə yerində ölüb. Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətini müəyyən etmək, hələlik mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində istintaq aparılır.