Səbaildə 100 illik uşaq bağçası sökülüb

31 İyul 2017 09:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirmişdir ki, bağçanın köhnə və qəzalı binada yerləşməsi və bununla da təmir işlərinin çətinləşməsi ilə əlaqədar RİH tərəfindən bu binanın sökülərək yenində müasir standartlara tam cavab verən layihə sənədləri əsasında yenidən tikilməsinə qərar verilmişdir.

Keçən müddət ərzində köhnə bina sökülmüş, yeni, 3 mərtəbəli, əvvəlkindən daha geniş, daha çox sayda uşaq qəbul edə biləcək yeni bağça tikilir. Hazırda burada tikilən binanın daxilində işlər gedir. Daxili dizayn işlərinə başlanmışdır. Burada uşaqların tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılacaq və yeni bağçanın açılışı cari ilin sentyabr-oktyabr aylarına planlaşdırılmışdır.