ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

31 İyul 2017 09:44 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.