Səudiyyə Ərəbistanına raket hücumu – 1 əsgər öldürüldü

31 İyul 2017 09:58 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 əsgərin öldürüldüyü, 6 əsgərin yaralandığı bildirilir.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Faktla bağlı araşdırma başladılıb. Qeyd edək ki, bu, Katif şəhərində hərbçiləri hədəf alan son 1 ayda törədilən 6-cı hücumdur.

Bəxtiyar Abbasov

AzNews.az