8 yaşında Afrikanın ən hündür zirvəsini fəth etdi - Video

31 İyul 2017 11:16 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Roksi Getter 5895 metr hündürlüyə qalxan ilk ən gənc qızdır.

Getter Kilimancaro zirvəsinə öz ailəsi ilə birlikdə qalxıb. Dağ macərası zamanı Getter və ailəsi şiddətli soyuqlarla qarşılaşıb. Lakin heç bir əngəl onu bu zirvəni fəth etmək iradəsindən döndərməyib. Getter və ailəsinin zirvəyə çatması 5 gün çəkib.

Bəxtiyar Abbasov

AzNews.az