Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin ilkin mərhələsində iştirak ediblər - Foto

31 İyul 2017 13:37 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, T-72B3 tankında yarışlarda iştirak edən Azərbaycan heyəti Küveyt və Monqolustan komandalarını geridə qoyaraq ilkin mərhələni öz qruplarında 2-ci yerdə başa vurublar.

“Tank biatlonu” müsabiqəsində 19 ölkədən 55 tank heyəti iştirak edir və yarışlara avqustun 12-də yekun vurulacaq.