AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt San Salvadorda baş tutan festival artıq ənənə halını alıb.
Təşkilatçıların sözlərinə görə, festivalda 200-dən çox it iştirak edib. İtlər müxtəlif rəngarəng kostyumları ilə tamaşaçıların diqqətini cəlb ediblər. Onların arasında pirat, mariaçi, geyşa, astronavt kostyumlarında olan itlərə rast gəlmək mümkündür.
Bəxtiyar Abbasov
AzNews.az