Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edilib

31 İyul 2017 18:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Əsasnamədə Şuranın fəaliyyət istiqamətləri, əsas vəzifələri və hüquqları, fəaliyyətinin təşkili məsələləri öz əksini tapıb.

Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini və kargüzarlıq işinin aparılmasını Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir. Katibliyin tərkibi isə Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.