75 nəfər havada asılı qaldı

31 İyul 2017 20:40 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, kanat yolunda polad kəndirlərdən birinin dirəyə toqquşması nəticəsində 75 sərnişin havada asılı qalıb. Köln xilasediciləri hadisə yerinə gələrək sərnişinləri kranla aşağı sala biliblər. Kranın çata bilmədiyi asılı sərnişin kabinlərindən isə sərnişinlər kəndirlə endirilib. Səlahiyyətlilər qəzada ölən və yaralananların olmadığını bildirib..