Trampdan Şimali Koreya ilə bağlı açıqlama - “Həll edəcəyik”

31 İyul 2017 22:00 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın son uğurlu qitələrarası ballistik mərmi sınağından sonra mətbuat nümayəndələrinə bununla bağlı şərh verib. O, şərhində "Şimali Koreya məsələsini həll edəcəyik. Həll olacaq. Hər şeyi həll edəcəyik," ifadələrini işlədib.

Ağ Evin yeni baş katibi Con Kellini təqdim etdikdən sonra bu şərhi edən Tramp, onun üçün "Mükəmməl işlər görəcəyindən heç şübhəm yoxdur" deyə bildirib.

Şimali Koreya bu il 14 dəfə raket sınağı həyata keçirib və ötən cümə günü isə uğurla qitələrarası ballistik mərmi sınağını reallaşdırıb.

Prezident Trump ayrıca mövzuyla əlaqədar olaraq, hökumətlərinin Şimali Koreya və Yaxın Şərq daxil, bir sıra xarici siyasət məsələlərini "əvvəlki rəhbərlikdən miras aldığını" ifadə edib.