Motosikletçi qız öldü - İnstaqram üçün video çəkəndə

31 İyul 2017 22:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Faciə Sedanka-Patrokl yolunda baş verib. Motosiklet dönərkən yoldan çıxıb və qayaya çırpılıb. Nəticədə motosiklet parçalanıb. Hadisə nəticəsində instaqramın monika 9422 adlı fəal istifadəçisi və motosikletdə müxtəlif pozlarda videolar paylaşan qız ölüb. Sosial şəbəkədə dəfələrlə onu ehtiyatlı olmağa səsləsələr də o, "mən böyük qızam və bilirəm nə edirəm"-deyə cavab verib.