Bulvarda özünü dənizə atan qız belə xilas edildi - Video

1 Avqust 2017 12:30 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyə bir nəfərin özünü intihar məqsədi ilə dənizə atması və boğulmaq təhlükəsi ilə üzləşməsi ilə bağlı məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş xilas edilib.