5 kiloqram narkotik, 4 qumbara aşkarlandı - Fotolar

2 Avqust 2017 11:46 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunan 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq
tədbirləri davam etdirilir.