9 yaşlı qız meşədə azdı

2 Avqust 2017 13:46 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Uşağın babası F.Zeynalov bu diqqət və qayğıya, polislərin operativliyinə görə RPŞ-nin rəhbərliyinə minnətdarlıq edib.