İqbal Ağazadə: «Belə getsə, başqa Ştrasser çıxacaq ortaya»

15 Fevral 2013 11:46 (UTC+04:00)
AzNews.az-ın əməkdaşı xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini səsləndirib, və REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat funksioneri Tofiq Yaqublunun həbsinə etirazını bildirib.

"İsmayıllıda baş verən hadisələrə görə REAL hərəkatının sədri Ilqar Məmmədovun və Müsavat Partiyasının sədir müavini Tofiq Yaqublunun ittişam olunması absurddur. Axı məlum hadisələr fevral ayının 23-dən 24-nə keçən gecə baş verib. Yanğın və aksiyalarda elə həmin gecə olub. Bu insanlar isə rayona ayın 24-də gediblər və bir saata yaxın İsmayıllıda olublar. Bu səbəbdən də indi həmin şəxsləri iğtişaşları qızışdırmaqda ittiham etmək absurddur".

Millət vəkili bunun ardınca hakimiyyətə səslənərək proseslərin arzuolunmaz istiqamətdə cərəyan etməsinə toxundu: "Bəli Avropa Şurasının qış sesiyasında Ştrasserin məruzəsinə etiraz etdiniz. Dediniz ki, bizim ölkədə siyasi məhbus yoxdur. Amma bu cür davam edəcəksə başqa Ştrasses çıxaraq ortaya, ölkədəki problemləri deyəcək. Mən çox təəssüf edirəm bu həbslərə görə. Və düşünürəm ki prezidentin son çıxışından sonra, İsmayıllı hadisələrinə görə, həbs edilən şəxslər də azad olunmalıdır".

İlkin
AzNews.az