Azərbaycan əsilli italyan modelin nağıl kimi toyundan fotolar

2 Avqust 2017 20:37 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, toy Kaliforniyada baş tutub. Nigah mərasimində cütlüyün ən yaxın dostları, qohumları iştirak edib.

Mərasim ABŞ-da baş tutsa da, toy italyan üslubunda və adət-ənənələrinə uyğun keçirilib.

Byanka gəlinliyini siması olduğu brend Dolce&Gabbana-dan seçib. Byanka təkcə bu brendlə çalışmır, həm də Domeniko Dolçe və Stefano Qabbano ilə yaxın dostdur.

2014-cü ildə tanış olan cütlüyün Miyu adlı qız övladı da var.

1984-cü ilin martın 19-da İtaliyanın Lombardiya volayətinin Lodi şəhərində dünyaya gələn Byankanın atası italiyan, anası isə Azərbaycan türküdür və İran əsillidir.

Byanka Balti son illərdə bir neçə dəfə Azərbaycanda da səfərdə olub.