33 yaşlı kişi bıçaqlanaraq öldürülüb - "Getdik ki, vurublar" (Video)

2 Avqust 2017 21:41 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, rayonun Şatıroba kənd sakini, Təyyar Quliyev bu gün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb.

Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı xəstəxanada vəfat edib.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Xanəli Fətdayev - Mərhumun dayısı: "Səhər-səhər evdə oturmuşdum, bir də gördüm bacım gəldi. Dedi ki, Təyyar evə gəlməyib, yıxılıb kəndin qırağında. Biz də getdik ki, vurublar. Bilmirik kim edib. Apardıq xəstəxanaya, keçindi".

Faktla bağlı araşdırma aparılır.