Kredit borcuna görə məhkəməyə getdi - Öldü

3 Avqust 2017 10:24 (UTC+04:00)

"Report"un Aran bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az