Ac ayı turistə hücum etdi - Video

3 Avqust 2017 13:49 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Pxetçabun qəsəbəsində qeydə alınıb. Ayının düyüyə çatmasına icazə verməyib onunla oyun oynamağa başlayan turist, heyvanın əsəbiləşməsinə səbəb olub. Bir anda arxa ayaqlarının üzərinə qalxaraq Nayfum Promatre adlı turisti yanına çəkən heyvan, ətrafdakıların gözləri qarşısında onu uzun müddət dişləyib. Məbəddə olan digər ziyarətçilərin çubuq və su ilə dolu vedrə ilə müdaxiləsi nəticəsiz qalıb. Uzun müddət ac qalan ayı yaralı turisti dişləriylə tutaraq qəfəsinə aparıb. Anbaan videogörüntüsü çəkilən hadisəyə məbəd işçilərinin müdaxilə etməsi uzun vaxt alıb. Qəfəsin içində adamı parçalamağa başlayan ayıya bir neçə dəqiqə sonra bir vəzifəli şəxs müdaxilə edib və şüurunu itirməyə başlayan adamı vəhşi heyvanın pəncəsindən qurtarıb. Vaxt itirmədən qəfəsdən çıxarılan turist xilasedicilər tərəfindən yük maşınına qoyularaq xəstəxanaya çatdırılıb. Xəstəxanaya çatdırılan 36 yaşlı turist yaşadığı dəhşətli hadisədən sonra möcüzəvi bir şəkildə sağ qalıb.