Bəhram Bağırzadə jurnalistin saçını qırxdı - Video

3 Avqust 2017 14:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bəhram Bağırzadə bununla bağlı özü videogörüntü yayıb. Həmin görüntüdən məlum olur ki, jurnalist Vüqar Həsənov "Qarabağ”-“Şerif" oyununda “Qarabağ”ın qalib olacağını deyib. O, bildirib ki, əgər “Qarabağ” bu oyunu udarsa saçını keçəl etdirəcək.

Oyundan sonra Bəhram Bağırzadə jurnalistin saçlarını öz əli ilə qırxıb.

"Qarabağ"-"Şerif" oyunu 2:1 hesabı ilə başa çatıb.

Bahar RÜSTƏMLİ

AzNews.az