Lənkəran sakini dəm qazından boğulub

3 Avqust 2017 23:38 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə Qurumba kəndində qeydə alınıb.

Kənd sakini 1980-ci il təvəllüdlü Kərim Miriyev hamamda çimərkən ölüb. Hadisəyə dəm qazının səbəb olduğu bildirilir. Onun meyiti Lənkəran morquna aparılıb.

Fakt bağlı araşdırma başladılıb.

AzNews.az