Hava limanı əməkdaşını ildırım vurdu – Video

4 Avqust 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Fort-Mayers hava limanının əməkdaşını ildırım vurub.

Hadisə o, sərnişin təyyarəsinin pilotuna istiqamət göstərən zaman baş verib. İldırım vuran şəxsin 21 yaşlı Ostin Dan olduğu bildirilir. O, hadisə nəticəsində 3-cü dərəcəli yanıq xəsarəti alıb. Şəxsin beynində qansızması aşkarlanıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Bəxtiyar Abbasov

AzNews.az