Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək

4 Avqust 2017 11:30 (UTC+04:00)

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, o, İranın ikinci dəfə seçilən Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək.

Xatırladaq ki, H.Ruhanı mayın 19-da keçirilən seçkilərin ikinci turunda əsas rəqibi, İranın keçmiş baş prokuroru İbrahim Rəisini qabaqlayaraq, ikinci dəfə prezident seçilib. O seçici səslərinin 57,14%-ni qazanıb.

Avqustun 3-də H.Ruhani İranın ali lideri ayətullah Əli Xameneyi qarşısında and içib.

AzNews.az