Məhkəmə ölüyə pul cəzası kəsdi - Qardaşına zamin durubmuş

4 Avqust 2017 15:50 (UTC+04:00)

Lent.az-ın məlumatına görə, Astara məhkəməsində pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.

Astaranın Şiyəkəran kənd sakini 49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.

R. İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova “Amrahbank”-dan kredit götürən zaman zamin durubmuş.

Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.

R.İmanovun yaxınlarının verdiyi məlumata görə, Astara məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib.

AzNews.az