40 yaşlı qadını ilan sancdı

4 Avqust 2017 16:00 (UTC+04:00)

Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Çələbixan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Zeynəb Əliabbas qızı Məmmədova ayağından ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Reanimasiya şöbəsinə yerləşdirilən Zeynəb Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

AzNews.az