V qrupa sənəd verənlər ixtisas seçimi edəcəklər

5 Avqust 2017 10:30 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, seçim avqustun 10-dək aparılacaq.

Qeyd olunan abituriyentlər avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər iki qrupun ixtisaslarını seçə bilərlər.

AzNews.az