Cərimə meydançasında yanğın - Avtomobillərə ziyan dəydi

5 Avqust 2017 11:33 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən verir ki, meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az