Türkiyəli iş adamı qarət edildi

5 Avqust 2017 14:24 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, paytaxtın Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən aptekin sahibi, Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Canpolad Mehmet polisə ərizə ilə müraciət edərək 1000 ABŞ dolları, 520 manat və planşetinin naməlum şəraitdə oğurlandığını bildirib.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

AzNews.az