Prezident Balakəndə yol tikintisinə 3 mln. manat ayırdı

5 Avqust 2017 18:22 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, sərəncama əsasən, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan "Azəravtoyol" ASC-yə ilkin olaraq 3 mln. milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

AzNews.az