Məşhur aktrisa ölümlə təhdid edildi - Əri tərəfindən

6 Avqust 2017 11:10 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Döyüşçü", "Şərəf Məsələsi", "Aşk ve Günah", "Kaderimin Yazıldığı Gün", "Küləyin Ürəyi" və "Göz vaxtı" kimi seriallarda oynayan 27 yaşlı aktrisa Zeynəb Elçinin 2 il ərzində zorakılıq, şantaj və ölümlə təhdid edildiyi üçün həyat yoldaşı Hüseynə boşanma iddiası açdığı məlum olub. Elçin 4 il əvvəl tanış olduğu Hüseyn ilə 2014-cü ildə ailə həyatı qurub. Bu müddət ərzində aktrisalığa da fasilə verib. Evləndikdən 3-4 ay sonra şiddət görən Zeynəb qarınındakı körpəsini də bu səbəblə saldığını iddia edib. Gənc aktrisa ərinin öz qohumlarını və müəllimini də təhdid etməyə başladığını gördükdən sonra polisə şikayət edib. Təhlükəsiz bir yerə yerləşdirilən Zeynəb Elçin məhkəmədən ərindən və qaynanasından qorunma qərarı aldırıb.