27 yaşlı kişi qonşusu tərəfindən döyüldü

6 Avqust 2017 11:27 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düzqırıxlı kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Elyar Rüstəm oğlu Tanrıverdiyev hələki bilinməyən səbəbdən qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az