"Arvadıma baxmaqlarına alışmışam" - Məşhur müğənni

6 Avqust 2017 15:39 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, daha əvvəl "biri sevgilimin ayaqlarına baxsa qürur duyuram" ifadəsi ilə diqqət çəkən Sərdar Ortac indi də, "Yoldaşıma baxmaqlarına alışdım" şəklində bir etiraf edib. Müğənni Sərdar Ortac həyat yoldaşı Hloey Lounanla İstanbulda görüntülənib. Özünə xas Türkcə ilə danışan irlandiyalı model Hloey simpatik rəftarları ilə diqqət çəkib. Hloey Ortaca "Abi" deyə müraciət edib.
Sərdar Ortac isə qəhqəhə çəkərək "Mən abi və ata sözlərini çox istifadə etdiyim üçün o da məndən bunları öyrənir" deyə bildirib.

Serdar Ortac "həyat yoldaşını çimərlik geyimində qısqanırsınızmı?" sualına isə "Arvadıma baxmaqlarına artıq alışmışam"-deyə cavab verib.