İsrail “Əlcəzirə”nin Qüds filialını bağladı

6 Avqust 2017 17:55 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəhbərliyin müvafiq göstərişi ilə "Əlcəzirə" telekanalının Qüds filialının yayımı dayandırılıb. Telekanalın bölgədə işləyən işçilərinə də qadağa qoyulub.

İsrail Baş naziri Binyamin Netanyahu ötən gün sosial şəbəkə hesabında "Əl-Əqsa məscidi ilə bağlı şiddəti təşviq etdiyi üçün "Əlcəzirə"nin bağlanması ilə bağlı təlimat verdim. Mövcud qanunlar çərçivəsində bu mümkün olmasa, İsrail parlamenti Knessetdə "Əlcəzirə"nin bağlanması üçün çalışacağam"-deyə bildirib..