1 nəfər çimərkən xilas edildi

6 Avqust 2017 19:30 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.