Venesuelada nə baş verir? - Hökumət hərəkətə keçdi

6 Avqust 2017 20:14 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət tərəfindən "terrorçu hücum" olaraq xarakterizə edilən hadisələr nəzarət altına alınıb. Venesuelada ölkənin ən böyük üçüncü şəhəri olan Valensiyada yaşanan etiraz aksiyasında silahlı şəxslərin xalqı qiyama çağırmaları ilə diqqət çəkən videonun yayılması Maduro hökumətinə qarşı qərəzli hücumlar iddialarını gündəmə gətirib.

İqtidar partiyasından olan Diosdado Cabello, media nümayəndələrinə etdiyi şərhdə, hökumətə "terror" hücumu təşkil edildiyini və çox sayda adamın nəzarətə alındığını ifadə edib. O, bildirib ki, Paramakay hərbi bazasına hücum edən bir neçə terrorçu saxlanılıb və hazırda hərbi baza hökumətin tam nəzarətindədir.

Cabello hərbi qüvvələrin səhər erkən saatlarında, Carabobo əyalətinin yaxınlığındakı ərazilərdə vəziyyəti nəzarət altına almaq üçün sürətlə hərəkətə keçdiyini bildirib.

Bir qrup silahlı, hərbi formalı adamın Carabobo əyalətində çevrilişə səsləyən video yayması höküməti hərəkətə keçirib. Videoda özünü Kapitan Juan Caguaripano kimi tanıdan bir adam etiraz çağırışına gəlməyənləri özlərinə hədəf olaraq müəyyənləşdirdiklərini qeyd edib.