Avtomobil piyadanı vuraraq qaçdı

7 Avqust 2017 09:00 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib.

Paytaxt sakini, 1959-cu il təvəllüdlü Tağıyev Allahverdi Səməd oğlu yolun qarşı tərəfinə keçmək istəyən zaman onu "Mercedes" markalı minik maşını vurub. Ağır xəsarət almış A.Tağıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, piyadanı vuran sürücü ona kömək etmək əvəzinə öz avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb. Bununla belə, onun yeri müəyyən edilərək saxlanılıb. Hazırda istintaq araşdırmaları aparılır.

AzNews.az