2 yaşlı körpə ikinci mərtəbədən yıxıldı

7 Avqust 2017 09:34 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.

O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

AzNews.az