Prezident daha 3 icra başçısını işdən azad etdi

15 Fevral 2013 14:43 (UTC+04:00)
Prezident İlham Əliyev bu bügn Şamaxı icra başçısını işdən çıxarmasının ardından daha üç icra başçısının taleyini həll edib.

Elirat.info-nun məlumatına görə, prezident İlham Əliyev ardıcıl sərəncamlarla bu gün, eyni zamanda İmişlinin icra başçısı Vilyam Hacıyev, Lerikin icra başçısı Rövşən Bağırov və Neftçalanın icra başçısı İsmayıl Vəliyev işdən azad olunub.

Maraqlıdır ki, bu barədə açıqlama verən Neftçalanın icra başçısı ismayıl Vəliyev məlumatı təkzib etməyib. O deyib ki, bu məsələ prezidentin səlahiyyətindədir və o təyin etdiyi kimi, istədiyi adamları da vəzifədən azad edə bilər.

AzNews.az