Təzə icra başçısı iclas çağırdı

15 Fevral 2013 15:07 (UTC+04:00)


AzVision.az-ın məlumatına görə,İsmayıllı rayonun yeni icra başçısı Mirdaməd Sadıqov fevralın 15-də - ilk iş günündə iclas çağırıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ölkə başçısının sərəncamı ilə bu posta təyinat alan M.Sadıqov İsmayıllının idarə və təşkilat rəhbərlərinə saat 16.00-da toplaşmaq göstərişi verib. İclasa rayon rəhbərliyi ilə yanaşı, ictimaiyyət nümayəndələri də çağırılıb.

AzNews.az