Almaniya 5,5 mln. avtomobili geri çağıracaq

7 Avqust 2017 20:00 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, Almaniyanın üç əsas avtomobil istehsalçı şirkətinin rəhbəri dizel mühərriki ilə işləyən avtomobillərin potensial şəkildə qadağan edilməsinə dair yerli hökumətlə razılıq əldə etməyə nail olub.

Xüsusilə "Euro5" və "Euro6" ekoloji standartlara cavab verməli olan dizel mühərriklərə şamil olunacaq qərara əsasən, problemli maşınlar sadəcə təmir olunacaq. "Volkswagen" 3,8 mln., "Daimler" – təxminən 900 min, "BMW" isə təqribən 300 min mühərrikli avtomobili servisə göndərəcək.

"Autocar" nəşrinin məlumatına görə, bütün potensial problemli mühərriklərin idarəetmə proqramları dəyişdiriləcək. İdarəetmə softunun yenilənməsi zərərli tullantıların - ilk növbədə azot oksidinin üç dəfə həcminin azalmasına imkan verəcək. Proqram təminatının yenilənməsi avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcək. Bundan başqa, bu cür avtomobil sahibləri nəqliyyat vasitələrini daha müasir, texnoloji cəhətdən təkmilləşdirilmiş və ekoloji təmiz vasitələrə dəyişmək istərlərsə, onlara xüsusi güzəştlər təqdim olunacaq.

AzNews.az