Şəhərdə təşviş: telefon işləmir-VİDEO

15 Fevral 2013 15:25 (UTC+04:00)


Məktəblərə, bir çox müəssisələrə ciddi ziyan dəyib. Bir çoxları şəhəri tərk edirlər. Səhər tezdən ümumiyyətlə yollarda tıxac yaranmışdı. Mobil telefon operatorlarının işi isə iflic olmuşdu. İndi rabitə yaranıb". Bu barədə lent.az-a Çelyabinskdə fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzindən bildirilib.
Mərkəzdən bildirildiyinə görə, yerli telekanallar 500-dən çox adamın müxtəlif dərəcəli xəsarət aldıqları barədə xəbərlər yayırlar. Xəsarət alanlardan 70-i uşaqdır.

Xatırladaq ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb.

Çelyabinsk rəhbərliyi isə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində tətil elan edib. Hələlik meteorun düşdüyü yer və onun qırıntıları tapılmayıb. Səma cisminin gölə düşdüyü güman edilir.



AzNews.az