Yol polisi ilə sürücü arasında insident - Video

8 Avqust 2017 13:20 (UTC+04:00)

BAKU.WS-in redaksiyasına göndərilən videodan görünür ki, Yol Polis Xidmətinin əməkdaşı sürücü çəkiliş apararkən kamerasına vurub.

Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər.

Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.

AzNews.az