Deputat “növbə kimindir” sualına cavab vermədi

15 Fevral 2013 15:37 (UTC+04:00)

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov işdən azad olundu. Bu gün isə Şamaxı rayonunun icra başçısı Asəf Məmmədovun işdən azad olunması rəsmiləşdi.

Mətbuatda isə daha bir neçə icra başçısının da eyni aqibəti yaşayacağı haqda məlumatlar yayılıb. Bunun nə dərəcədə real olması ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının fikirlərini öyrənməyə çalışdıq.

Amma M.Qurbanlı sözügedən məsələy ilə bağlı hər hansı açıqlama verməkdən imtina etdi: "Bütün bunlar prezidentin səlahiyyətindədir və hansı sərəncamı verib-verməməyi də prezidentin özü müəyyənləşdirir".

Gültəkin
AzNews.az